Universitetlər üçün elektron jurnal

Jurnalı dərsdə doldurun. Balları sistem hesablasın.

Davamiyyət, sərbəst iş, kollokvium və imtahan — bir cədvəldə. Yekun bal və qiymət Əmr 1060 qaydaları ilə özü hesablanır.

  • Əmr 1060 qaydaları ilə
  • Telefonda da işləyir
  • Azərbaycan, ingilis, rus dili

Necə işləyir

Bir dərs — üç addım

Müəllimdən yeni proqram öyrənmək tələb olunmur. Kağız jurnal necə doldurulursa, burada da elədir — sadəcə daha tez.

  1. 01

    Dərsi seçin

    “Bu gün” bölməsində cədvəldəki dərsləriniz görünür. Bir klik — həmin günün sütunu açıqdır.

  2. 02

    İşarələyin

    q yazın — qayıb, i — iştirak, rəqəm — bal. Kompüterdə klaviatura ilə, telefonda böyük düymələrlə.

  3. 03

    Hazırdır

    “Yadda saxla” düyməsi yoxdur: hər dəyişiklik dərhal saxlanılır, yekun bal da dərhal yenilənir.

Qaydalar

Kredit sisteminin qaydaları artıq sistemdədir

Bal bölgüsü Əmr 1060-a uyğundur. Müəllim hesablamır, səhv və mübahisəli bal olmur.

  • Buraxılmış saatların hər 10%-i üçün davamiyyətdən 1 bal çıxılır.
  • Qayıb 25%-i keçəndə tələbə imtahana buraxılmır. Limit universitetə görə dəyişdirilə bilir.
  • İmtahanda 17 baldan az olarsa, bal semestrə əlavə olunmur — qiymət F.
  • Kollokviuma gəlməyən 0 alır. Kurs işi yoxdursa, onun 10 balı seminara keçir.
  • Davamiyyət10
  • Sərbəst iş10
  • Seminar və kollokvium20
  • Kurs işi10
  • İmtahan50
  • Yekun100

Qiymət şkalası

A

91–100

B

81–90

C

71–80

D

61–70

E

51–60

F

0–50

Tələbə üçün

Tələbə öz vəziyyətini vaxtında görür

Hansı balın haradan gəldiyini, qayıb limitinə nə qədər qaldığını tələbə özü görür. “Mənə niyə F yazdınız?” sualı azalır.

Rəhbərlik üçün

Hesabatı gözləməyin — vəziyyəti indi görün

Qrupların orta balı
Hansı qrupda nə baş verdiyi bir baxışda.
İmtahana buraxılmayanlar
Sessiyadan əvvəl, vaxtında.
Jurnalın doldurulması
Hər müəllim üzrə faizlə.
Dəyişiklik tarixçəsi
Kim, nə vaxt, hansı balı nədən nəyə dəyişdi.

Universitetlər üçün

Hər filial — öz adı və rəngi ilə, bir platformada

Universitet və filiallar ayrı-ayrı işləyir: öz tələbələri, öz qaydaları, öz loqosu. Məlumatlar bir-birindən tam ayrıdır.

ADPU

Mərkəz · Bakı

ADPU — Quba

Filial · Quba

ADPU — Ağcabədi

Filial · Ağcabədi

Nümunə görünüş

Təhlükəsizlik

Akademik məlumatlar etibarlı əllərdə

Platforma ilk gündən universitet məlumatlarının məxfiliyi nəzərə alınaraq qurulub.

Tam məlumat təcridi

Hər universitetin məlumatı ayrıca saxlanılır və başqasına görünmür.

Rol əsaslı giriş

Müəllim öz qruplarını, tələbə yalnız özünü görür — server tərəfində yoxlanılır.

Dəyişiklik tarixçəsi

Hər bal dəyişikliyi kimin, nə vaxt etdiyi ilə qeydə alınır.

Gündəlik ehtiyat nüsxə

Baza hər gecə ayrıca saxlanca köçürülür. Şifrələnmiş əlaqə.

Universitetinizdə sınayın

Bir fakültə ilə başlamaq kifayətdir. Lazım olan yeganə şey — tələbə və müəllim siyahısının Excel faylı.

və ya demo hesabla indi daxil olun